[b]“Azərbaycanda bunu görürük” - icraçı-direktor[/b]
08.04.2018 - 22:45
[b]“Azərbaycanda bunu görürük” - icraçı-direktor[/b]

“Hər iki komanda güclüdü və bugünkü final qarşılaşmasının güləşçiləri daha fərqli səviyyəyə yüksəldəcəyinə inanıram”. Apasport.az xəbər verir ki, bunu ABŞ Güləş Federasiyasının icraçı-direktoru Riç Binder deyib.

 

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda meydan sahibləri və Azərbaycan millisi finala yüksəlib.

 

Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına açıqlama verən Binder finalda dünya güləşinin iki güclü ölkəsinin qarşılaşacağını söyləyib: “Azərbaycan Güləş Federasiyası ilə yüksək səviyyədə əməkdaşlığımız, sıx və yaxın münasibətlərimiz var. Bu münasibətləri davam etdirmək, daha da inkişaf etdirmək istəyirik. Bizim üçün bu əlaqələr çox vacibdi”.

 

Dəfələrlə Bakıda olduğunu deyən icraçı-direktor ölkəmizə heyranlığını bildirib: "Dünya çempionatında, həm də Qızıl Qran-Pri turniri çərçivəsində Azərbaycanda olmuşam. Dünya çempionatında yunan-Roma güləşçilərimizin ilk dəfə komanda şəklində qalib olmasını xoş xatirələrlə yad edirik. Biz Azərbaycanda olmağı çox istəyirik, çünki çox gözəl yerdi. Bakı gözəl şəhərdi. Azərbaycan xalqı üçün güləş çox önəmli idman növüdü. Düşünürəm ki, güləşin inkişafı ölkənin mədəniyyəti ilə sıx bağlıdı və biz Azərbaycanda bunu görürük".