“Yarışlarda mənə güclü dəstək olanda sevinirəm, qələbəyə köklənirəm. Bu mənə qalib ruhu verir”. Bu sözləri apasport.az saytına açıqlamasında suyatullanma yarışlarında I Avropa Oyunlarının çempionu olan Mariya Polyakova deyib.
Rusiyalı idmançı Bakıda yaradılan “Azarkeşlər evi”nin qonağı olub. Yarışla və qazandığı uğurla bağlı fikirlərini bölüşən Polyakova yaxşı mənada təəccübləndiyini qeyd edib: “Həmişə istəyirəm elə yarışım ki, azarkeşlər mənimlə qürur duysunlar. Biz onları sevindirməyə çalışırıq. Bakıda bu dəstəyi çox hiss etdim. Məni təəccübləndirən azərbaycanlı azarkeşlərin də bizi dəstəkləməsi oldu. Buna çox sevindim. Digər rusiyalı idmançılara arzu edirəm ki, yarışa özünəinam hissi ilə çıxıb, bacardıqlarını etsinlər”.
“Azarkeşlər evi”ndəki görüşdə batut üzrə fərdi və sinxron tullanmada I Avropa Oyunlarının ikiqat çempionu olan rusiyalı gimnast Dmitri Uşakov da iştirak edib. O, Bakıda qarşılaşdığı atmosferdən razılığını dilə gətirib: “Azərbaycanlı azarkeşlər bizə çox dəstək oldular. Çıxışlarımız zamanı onların “Rusiya, Rusiya!” kəlmələrini eşidirdik. Gizlətməyəcəm, bu bizim üçün gözlənilməz və xoş oldu. Bakıda qarşılaşdığımız atmosfer mükəmməl idi”.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar