“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, iyulun 31-də Latviyanın paytaxtı Riqada təşkil olunan boks gecəsində debüt edəcək.
Atakişiyev 5 min tamaşaçı tutan “Riqa Arena”da keçiriləcək peşəkarların 7 döyüşündən birinin iştirakçısı olacaq. Ağır çəki dərəcəsində çıxış edəcək 30 yaşlı idmançı rusiyalı Vladimir Qonçarovla qarşılaşacaq. Öncədən Atakişiyevin latviyalı Kristap Breydislə görüşməsi nəzərdə tutulsa da, sonradan təşkilatçılar boksçumuzun rəqibini dəyişib. Onun rusiyalı rəqibi karyerasında 8 peşəkar döyüş keçirib və bunların 5-də qalib gəlib.
Üç məğlubiyyəti olan 31 yaşlı Qonçarov peşəkar rinqdə 39 raund döyüşüb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"