Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində qeydə alınan nəticələr lider dəyişikliyinə səbəb olmayıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda baş tutan VIII mərhələnin qalibi adını Daniel Rikkardo (“Red Bull”) qazansa da, ümumi siyahıya yenə “Ferrari”nin pilotu Sebastiyan Fettel başçılıq edir.
O, Bakı trasında centlmen hərəkəti ilə yadda qalmasa da, titul uğrunda mübarizəsini davam etdirir. Fettel ikinci pillədə qərarlaşan Luis Hamiltonla (“Mercedes”) xal fərqini 14-ə çatdırıb. İlk “üçlüy”ü Bakıda ikinci olan Valterri Bottas (“Mercedes”) qapayır. Azərbaycan Qran-prisində üçüncü olan Lens Stroll (“Williams”) 12-ci yerə qalxıb.
Mövsümdə ilk qələbəsini paytaxtımızda qazanan Rikkardo isə 4-cü pilləyə yüksəlib. O, bu yeri VIII mərhələdə mübarizəni başa vura bilməyən Kimi Raykkonendən təhvil alıb.
"Formula-1": pilotların yarışı |
|||
№ |
Pilot |
Komanda |
Xal |
1 |
Sebastyan Fettel |
Ferrari |
153 |
2 |
Luis Hamilton |
Mercedes |
139 |
3 |
Valtteri Bottas |
Mercedes |
111 |
4 |
Daniel Rikkardo |
Red Bull |
92 |
5 |
Kimi Raykkonen |
Ferrari |
73 |
6 |
Maks Ferstappen |
Red Bull |
45 |
7 |
Serxio Peres |
Force India |
44 |
8 |
Esteban Okon |
Force India |
35 |
9 |
Karlos Sayns |
Toro Rosso |
29 |
10 |
Felipe Massa |
Williams |
20 |
11 |
Niko Hülkenberq |
Renault |
18 |
12 |
Lens Stroll |
Williams |
17 |
13 |
Kevin Maqnussen |
Haas |
11 |
14 |
Roman Qrojan |
Haas |
10 |
15 |
Paskal Verlayn |
Sauber |
5 |
16 |
Daniil Kvyat |
Toro Rosso |
4 |
17 |
Fernando Alonso |
McLaren |
2 |
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub