Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib. Apasport.az saytının məlumatına görə, öncə start xəttinə “Formula-2” pilotları çıxıblar.
Bu yarışın VII və VIII mərhələlərinə ev sahibliyi edən paytaxtımızda 10 komandanın 20 pilotu mübarizə aparıb. Onlar 45 dəqiqəlik sərbəst yürüşdən sonra çıxışlarını yekunlaşdırıblar.
Bu pilotlar saat 15:00-da sabah keçiriləcək yarış üçün sıralama turuna da çıxacaqlar. Yekunda onların yarışa hansı yerdə başlayacağı müəyyənləşəcək.
Qeyd edək ki, “Formula-2” üzrə əvvəlki 6 yarışın qalibləri Şarl Lekler, Oliver Roland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vries olub. Roland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Lekler və Roland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddu.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB