[b]AÇ-2016: 3 ulduz İspaniya yığmasından kənarda qaldı[/b]
17.05.2016 - 15:17
[b]AÇ-2016: 3 ulduz İspaniya yığmasından kənarda qaldı[/b]

İspaniya yığmasının Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Visente del Boske 25 oyunçuya dəvət göndərib.

 

Təcrübəli mütəxəssis bir müddət əvvəl bu mövsüm əla forma yığan Fernando Torresi yığmaya qaytaracağını istisna etməsə də, onu milliyə çağırmayıb. Həmçinin “Çelsi”də çıxış edən digər hücumçu Dieqo Kosta və “Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata da Fransadakı qitə birinciliyinə aparılmayacaq.

 

Əvəzində Mark Bartra, Lukas Vaskes və Saul kimi gənclər ilkin heyətə salınıblar.

 

Del Boske həmçinin ehtiyat heyət də müəyyənləşdirib. O, bura 11 futbolçunun adını daxil edib.

 

İspaniya yığmasının heyəti:

Qapıçılar: İker Kasilyas (“Porto”, Portuqaliya), David de Xea (“Mançester Yunayted”, İngiltərə), Serxio Riko (“Sevilya”)

Müdafiəçilər: Daniel Karvahal, Serxio Ramos (hər ikisi “Real”), Xuanfran Torres (“Atletiko”), Xerard Pike, Mark Bartra, Xordi Alba (hamısı “Barselona”), Sezar Azpilikueta (“Çelsi”, İngiltərə)

Yarımmüdafiəçilər: Bruno (“Vilyareal”), Mikel San Xose (“Atletik”), Serxio Buskets, Andres İnyesta (hər ikisi “Barselona”), David Silva (“Mançester Siti”, İngiltərə), Lukas Vaskes, İsko (hər ikisi “Real”), Tiaqo Alkantara (“Bavariya”, Almaniya), Sesk Fabreqas (“Çelsi”, İngiltərə), Koke (“Atletiko”)

Hücumçular: Arits Aduriz (“Atletik”), Alvaro Morata (“Yuventus”, İtaliya), Saul (“Atletiko”), Nolito (“Selta”), Pedro Rodriges (“Çelsi”, İngiltərə)

Ehtiyat heyət: Serxio Asenxo, Denis Suares (hər ikisi “Vilyarreal”), Pau Lopes, Marko Asensio (hər ikisi “Espanyol”), Ektor Bellerin (“Arsenal”, İngiltərə), Dieqo Llorente (“Rayo Valyekano”), Xorxe Mere (“Sportinq Xixon”), Conni Kastro (“Selta”), Pablo Fornals (“Malaqa”), İnyaki Uilyams (“Atletik”), Mikel Oyarzabal (“Real Sosyedad”).

 

Qeyd edək ki, İspaniya yığması Avropa çempionatında Türkiyə, Çexiya və Xorvatiya ilə birlikdə D qrupunda mübarizə aparacaq.

 

0