Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının biletlərinin satışının üçüncü – sonuncu mərhələsinə başlanılıb. Apasport.az saytının məlumatına görə, Moskva vaxtı ilə saat 12:00-da başlayan bilet satışı mundialın sonuncu gününə – 15 iyula qədər davam edəcək.
Biletlər növbəli sistem üzrə satılacaq. Bu mərhələdə 4-cü kateqoriya biletləri satışa çıxarılıb.
4-cü kateqoriyanın ən ucuz biletlərinin qiymətləri belədi: qrup mərhələsi – 35 manat, 1/8 final – 62 manat, 1/4 final və üçüncülük uğrunda oyun – 105 manat, yarımfinal - 123 manat.
FİFA ümumilikdə 350 min dördüncü kateqoriya bileti satışa çıxarmışdı ki, onlardan da 60%-i ilkin mərhələdə özünə alıcı tapmışdı.
Statistikaya görə, ən çox bilet Rusiya və ABŞ-dan alınıb.