Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turniri davam edir. Apasport.az saytının məlumatına görə, Synergy Group-un təşkilatçılığıyla keçirilən turnirdə ən böyük diqqət hazırkı dünya çempionu Maqnus Karlsenə yönəlib.
Şəmkirə şəxsi aşbazı ilə gələn qrossmeyster bunun səbəbini belə izah edib: "Karyeramla əlaqədar tez-tez səfərdə oluram. Bəzən qonaq olduğum ölkənin yeməyinə öyrəşməkdə çətinlik çəkirəm. Buna görə aşbaz mənimlə birgə səfərlərdə olur. Komandamı və məni xüsusi yeməklə təmin edir.
Qidalanma çox vacibdir. İnanın, əhvalım olmayanda aşbaz özəl yeməklə məni ruhlandırır. Artıq nəyi xoşladığımı gözəl bilir. Şəmkirdə bizim üçün yüksək şərait yaradılıb. Bununla belə aşbazımın hazırladığı yeməkləri böyük həvəslə yeyirəm".
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub