Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 5-ci turun görüşləri davam edir. Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 5-ci turunda sabiq dünya çempionu Vişvanatan Anand ABŞ təmsilçisi Uesli Soya qalib gəlib.
Hindistanlı şahmatçı "ev tapşırığı" sayəsində uğur qazandığını deyib: "Maraqlı partiya oynadıq. "Ev tapşırığı"nda hazırladığım gedişdən istifadə etdim. Əslində bu taktika Fabiano Karuanaya qarşı hazırlanmışdı. Lakin So ilə partiyada bəhrəsini verdi. Bu qələbə turnir cədvəlindəki mövqeyim baxımından vacib idi. İstirahət günündə dincəlmək istəyirəm. Futbol oynamayacam. Son turlara hazırlaşmaq istəyirəm".
Əslən Fillipindən olan ABŞ təmsilçisi Uesli So Anandın ona qarşı yaxşı oynadığını bildirib: "Anand demək olar ki, mənə şans vermədi. Bir qədər səhv etdim, digər tərəfdən təzyiq güclü idi. Məğlubiyyət çox pisdir. Adətən belə oyunlardan sonra səhvlərim barədə düşünürəm. Partiyanı təhlil edəcəm. İstəmirəm bu oyunum təkrarlansın".
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub