Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda ikinci görüşünə çıxan Albert Səlimov bu dəfə məğlub olub.
Rio Olimpiadasına vəsiqə qazanan boksçumuz Avropa Oyunlarında üstələdiyi fransalı Sofian Oumihaya uduzub - 1:2.
Kamran Şahsuvarlı (75 kq) ikinci görüşdə də qalib gəlib. Millimizin üzvü norveçli Martin Larseni mübarizədən kənarlaşdırıb - 3:0.
Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov turnirə qələbə ilə başlayıb. Həmyerlimiz macarıstanlı Adam Hamorini məğlub edib - 3:0.
Qeyd edək ki, yarışda 29 ölkənin 168 boksçusu mübarizə aparır.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub