2 fevral - Gənclər Günü Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Apasport.az saytının məlumatına görə, açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, gənclər və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışan Rəhimov gənclər siyasətinin prioritet istiqamətlərdən biri olduğunu, bu sahədə mühüm dövlət proqramlarının qəbul edildiyini vurğulayıb.
Mərasimdə 2014-cü ildə fərqlənən idmançılara və fəal gənclərə müxtəlif mükafatlar da təqdim olunub. Azərbaycan Velosiped İdmanı Federasiyasının 2014-cü ildə gördüyü işlər və velosiped idmanının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər də diqqətdən kənarda qalmayıb - AVİF ötən ilin ən fəal federasiyası kimi xüsusi mükafata layiq görülüb. Mükafatı federasiyanın baş katibi Fərhad Əliyevə gənclər və idman naziri təqdim edib.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub