[b]Avropa çempionatında ilk medal[/b]
09.07.2016 - 10:13
Azərbaycan millisi Hollandiyanın paytaxtı Amsterdamda keçirilən atletika üzrə Avropa çempionatında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, qadınların çəkicatma yarışlarında ölkəmizi təmsil edən Anna Skidan uğurla çıxış edib.
24 yaşlı atletimiz Avropa çempionatını 3-cü yerdə başa vurub. Bürünc medal qazana Skidan 3-cü cəhdində 73,83 m nəticə göstərib.
O, yarışın qalibi polşalı Anita Vlodarçikdən 4,31 m, gümüş qazanan almaniyalı Betti Heydlerdeən 1,94 m geri qalıb.
Qeyd edək ki, Skidan Rio-2016-da da ölkəmizi təmsil edəcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0