Bakıda keçiriləcək I Avropa Oyunlarına 100 qalır. Apasport.az saytının məlumatına görə, cəmi 100 gündən sonra dünyanın diqqəti ölkəmizə yönələcək.
Təkcə Avropanın deyil, planetin digər ölkələrinin də səbirsizliklə gözlədiyi ilk qitə Oyunları start nöqtəsinə yaxınlaşır. Qarşıdakı 100 gündə Azərbaycan təşkilatı məsələlərindəki hazırlıqlarını yekunlaşdıracaq və yarışa gələcək 49 ölkə isə heyətini tam formalaşdıracaq.
6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi iyunun 12-dən 28-dək davam edəcək. Bununla, Avropa qitə oyunlarına malik Asiya, Amerika və Afrikaya çatacaq.
Qeyd edək ki, iyunun 12-də planlaşdırılan açılış mərasimi rəmzi olaraq, saat 20:15-də başlayacaq. Bu isə o deməkdi ki, hazırda starta 100 gün 10 saat qalıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı