Mart 8-13-də Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa hazırlaşan qadın güləşi üzrə Azərbaycan millisinin üzvləri Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında məşqlərini davam etdirirlər.
Yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, Macarıstan, Braziliya və Böyük Britaniya güləşçiləri də təlim-məşq toplantısında iştirak edir.
Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Kiyevə yollanan yığmanın heyətində Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq) və Yuliya Ratkeviç (58 kq) yer alıb.
Fevralın 1-dən başlayan təlim-məşq toplanışı ayın 11-də başa çatacaq. Daha sonra yığma komandanın üzvlərinin fevralın 13-14-də Kiyevdə keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılıb.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub