[b]Azərbaycanlı hakim Avropa kubokunun final görüşünü idarə edib[/b]
12.04.2017 - 10:44
Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçirilib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda ölkəmizi cüdoçularımızla yanaşı, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli də təmsil edib.
Bir çox vacib qarşılaşmaları idarə edən ədalət təmsilçimiz, 48 kq çəki dərəcəsində qadınların final görüşünün əsas hakimi olub.
Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunurdu.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
0
0