Qılıncoynatma üzrə Rusiya yığmasının azərbaycanlı baş məşqçisi İlqar Məmmədovun adı əbədiləşdirilir. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız yeni inşa olunacaq Qılıncoynatma Mərkəzinə həmyerlimizin adı veriləcək.
Bu barədə qərar Rusiya yığmasının Rio-2016-da uğurlu çıxışından sonra verilib. Moskvaətrafı Ximki şəhərinin qılıncoynatma məktəbinin 2 yetirməsinin Olimpiya çempionu olması Mərkəzin burada tikilməsinə əsas olub. Məhz həmin məktəbdə çalışan Məmmədov və yetirmələri hazırlıqlarını yeni bazada keçəcəklər.
Mərkəzin xərclərini məşhur milyarder Alişir Usmanov öz üzərinə götürüb. Oraya Məmmədovun adının verilməsini isə Ximki dairəsinin başçısı Vladimir Sletsov açıqlayıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək