[b]Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər[/b]
06.05.2016 - 11:58
Bu gün Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət ediblər. Apasport.az saytının məlumatına görə, onlar mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül qoyub, ruhuna dualar oxuyublar.
Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qeyd edək ki, saat 10:00-da isə Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” turnirinə start verilib. Turnirə mayın 8-də yekun vurulacaq.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
0
0