[b]Cüdoçular mübarizəyə başladılar[/b]
25.05.2018 - 18:09
"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-23 cüdoçular arasında Bakı şəhər açıq birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək paytaxt birinciliyinin ilk günündə qızlarda bütün çəki dərəcələrində, oğlanlarda isə 60 və 66 kq çəki dərəcələrində mübarizə aparan gənc cüdoçular arasında qaliblərin adlarına aydınlıq gələcək.
Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 30 klubdan 288 cüdoçu (254 oğlan, 34 qız) mübarizə aparır.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0