İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Belə ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medallarına sahib olublar.
Knyaz Mahmudlu (66 kq) gümüş, Nazir Talıbov isə Avropa kubokunun bürünc medalına yiyələniblər.
Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunur.
- III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb