“Bursaspor” hücumçuları Dəniz Yılmaz və Sərcan Yıldırımla bağlı yekun qərarını açıqlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Mutlu Topçu ilə klub rəhbərliyi arasında bu gün görüş keçirilib.
Həmin görüşdə “Kayserispor”la ötən tur matçında qırmızı vərəqə alan Azərbaycan millisinin üzvü Dəniz Yılmaz və sabiq “Qalatasaray”lı Sərcan Yıldırımın məsələsi müzakirə olunub. Oyundan sonra komandadan uzaqlaşdırılan futbolçuların bağışlanılması qərara alınıb. Hər iki futbolçu səhər məşqində kollektivə qoşulub.
Qeyd edək ki, “Bursaspor” azarkeşləri “Kayserispor”la görüşdə rəqibə qarşı kobud oynayaraq 19-cu dəqiqədə meydandan qovulan və komandasının məğlubiyyətinə (0:2) səbəb olan Dəniz Yılmazın klubdan qovulmasını tələb etmişdilər.
- III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb