[b]Dördüncü çempion[/b]
23.04.2016 - 12:52
[b]Dördüncü çempion[/b]

Cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Rüstəm Orucov bu idman növümdə qitənin ən yaxşısı olan 4-cü Azərbaycan təmsilçisidi. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən müstəqil ölkəmizin bayrağı altında yarışlara qatılan cüdo yığmamızın 3 üzvü bunadək çempion tituluna yiyələnmişdi.

 

İlk Avropa çempionumuz Nazim Hüseynov ardıcıl 2 dəfə - 1992-ci və 1993-cü illərdə bu uğura imza atıb. O, hər iki çempionatda 60 kq çəki dərəcəsində qızıl medala yiyələnib.

 

Növbəti çempionluğu isə 7 il gözləməli olmuşuq. 2000-ci ildə eyni çəki dərəcəsində çıxış edən Elçin İsmayılov hamıdan güclü olub. Bir il sonra o, uğurunu təkrarlaya bilib.

 

2005-ci ildə isə Elçin üçqat Avropa çempionu olan ilk cüdoçumuz kimi tarixə düşüb. Lakin bu dəfə idmançımız 66 kq çəki dərəcəsində çıxış edib.

 

Üçüncü Avropa çempionumuz Elnur Məmmədlinin də hesabındakı qızıllar 1-dən artıqdı. 2006-cı ildə 73 kq çəki dərəcəsində hamını üstələyən təmsilçimiz 2011-ci ildə 81 kq çəki dərəcəsində də rəqib tanımayıb. Həmin qızıl yığmamızın Kazandakı yarışadək son uğuru idi.

 

Rusiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxan Orucov 73 kq çəki dərəcəsində 2-ci, ümumilikdə 8-ci çempionluğumuza imza atıb.

0