Qazaxıstanın Astana şəhərində qadın boksçular arasında dünya çempionatında 1/4 final mərhələsinin görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk yarısında Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
57 kq çəki dərəcəsində mübarizə aparan Məhsəti Həmzəyeva (57 kq) Denitsa Eliseyeva (Bolqarıstan) ilə üz-üzə gəlib. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Onun komanda yoldaşı Məryəm Cəbrayılova (69 kq) isə Hunq Quya (Çin) eyni hesabla uduzub.
Axşam saatlarında daha bir boksçumuz - Yana Alekseyevna (60 kq) 1/4 final görüşünə çıxacaq. Millimizdə mübarizəni yeganə davam etdirən Rio-2016-nın iştirakçısı fransalı Estel Mosseli ilə döyüşəcək.
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri