Azərbaycan yığması Gürcüstanın paytaxtı Tiflisdə keçirilən ağır atletika üzrə Avropa çempionatında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, komandamızın aktivinə Valentin Xristovla (62 kq) Boyanka Kostovanın (58 kq) ardından Əfqan Bayramov da “qızıl” əlavə edib.
Lakin 77 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz milliləşdirilmiş legionerlərimizdən fərqli, 1 kiçik qızıl medalla kifayətlənib. Belə ki, Bayramov B qrupunda yarışsa da, A qrupunda çıxış edən bir çox atletdən üstün olub. Toplam 333 kq (141+192) nəticə göstərən Əfqan yekun sıralamada 7-ci yeri tutub. Ancaq onun təkanla qaldırmada ram etdiyi 192 kq-ı heç üstələyə bilməyib və o, bu hərəkətdə Avropa çempionatının kiçik qızıl medalına layiq görülüb.
Amma qeyri-müəyyən səbəbdən Bayramovla eyni çəkidə çempionata yollanan İvan Stoitsov podiuma çıxmayıb. 4 ilə yaxındı komandamızda yer alan, lakin rəsmi beynəlxalq yarışlar zamanı “zədələnən” atletin bu dəfə hansı səbəbdən bu addımı atması hələ bilinmir.
Qeyd edək ki, Əfqan 2012-ci Avropa çempionatında həm təkanla qaldırmada, həm də toplamda çempionluğu bayram etmişdi.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı