Əfsanəvi boksçu Məhəmməd Əlinin səhhəti ağırlaşıb. Apasport.az saytının “Daily Mirror”a istinadən məlumatına görə, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən əfsanənin vəziyyəti gözləniləndən daha ağırdı.
Ağciyərlərində və nəfəs yollarında problem olan amerikalı keçmiş idmançının hətta ölüm ayağında olduğu haqqında iddialar səsləndirilib. O, artıq reanimasiya şöbəsinə köçürülüb və intensiv nəzarət altındadır.
Hələlik rəsmi açıqlama verilməsə də, həkimlər Əlinin vəziyyətinin heç də ürəkaçan olmadığını bildiriblər.
Uzun müddətdi “Parkinson” xəstəliyindən əziyyət çəkən rinqlərin keçmiş ustasının ağciyərlərində yaranan problemlərin ağırlaşması da bununla əlaqədardı.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək