Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.
İkinci yarış günündə qadın güləşçimiz İrina Netreba mübarizəyə qoşulub. 63 kq çəkidə iştirak edən Netreba ilk görüşdə Çexiyadan Adela Hanzlickovanı (10:4) üstələsə də, Rusiya təmsilçisi Anastasia Bratçikovaya 2:7 hesabı ilə uzudub və lisenziya şansını itirib.
Ancaq güləşçimiz Yunanıstan təmsilçisi Aqoro Papavasileiou ilə bürünc medal uğrunda görüşə çıxıb. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da (9:9), xalların keyfiyyətinə görə rəqib qalib olub. Bununla da güləşçimiz yarışı 5-ci sırada tamamlayıb.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub