Avropa çempionatının ilk günündə İslam Abbasovun Rusiya təmsilçisi Bekxan Ozdoyevlə qarşılaşdığı yarımfinal görüşündə nəticəyə təsir edən hakim səhvi ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Dünya Güləş Birliyinə (DGB) şikayət edib. Apasport.az saytının məlumatına görə, görüş ərzində rusiyalı idmançı həmyerlimizin trikosundan dartaraq müdafiə olunmağa çalışıb, hakimlər isə idmançıya heç bir xəbərdarlıq etməyib.
DGB Hakimlər Kollegiyasının sədri Antonio Silvestri hakimlərin etdiyi səhvə görə üzrxahlıq edib. Görüşü idarə edən Finlandiya, Belarus və Almaniya təmsilçilərinə isə 1 günlük çempionatı idarə etməkdən məhrum ediliblər.
Qeyd edək ki, güləş qaydalarına əsasən rəqibin geyimindən tutduğuna görə idmançı 2 xal və xəbərdarlıqla cəzalandırılır. Belə olacağı təqdirdə Abbasov görüşü qalib başa vurub, finala yüksələcəkdi.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub