İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən Azərbaycanın qrup hərəkətləri üzrə komandası yarışı mükafatla başa vurub.
Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərovadan ibarət yığmamız 10 gürzlə icra etdikləri kompozisiya ilə Rusiya və İsrail komandasından geri qalaraq, bürünc medal əldə ediblər.
Böyüklər arasında fərdi proqramda çıxış edən Zöhrə Ağamirova təsnifat mərhələsində hər 4 alət ilə uğurlu çıxış edərək, finallara yüksəlməyi bacarıb. Yekun mərhələdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək, medalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO