Azərbaycan yığmasının milliləşdirilmiş atleti Layeş Abdullayeva ölkəmizdən ayrılıb. Bu barədə məlumatı apasport.az saytına atletika üzrə yığmamızın baş məşqçisi Məhərrəm Sultanzadə verib. Onun sözlərinə görə, 25 yaşlı efiopiyalı marafonçu artıq vətəninə dönüb. Buna səbəb Abdullayevanın üzvü olduğu “Ümid” klubunun idmançı ilə müqaviləni uzatmamağı olub: “Artıq Layeş üçün Azərbaycan yığmasının qapısının bağlandığını qeyd etmək olar”.
Xatırladaq ki, 1500, 3000, 5000 və 10000 m məsafələrə qaçışda yığmamızın şərəfini qorumuş atlet 2009-cu ildə Azərbaycan vətəndaşlığını qəbul etmişdi.
O, millimizin heyətində Avropa çempionu (U-23, 5000 m və 10000 m) adını qazanıb. Həmçinin qitə və dünya çempionatlarında, İslamiadada komandamızın aktivinə müxtəlif əyarlı medallar yazdırıb. London-2012-də də ölkəmiz adından çıxış edib.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub