[b]Millimiz Avropa çempionatına 10 idmançı ilə yollanır[/b]
15.05.2018 - 18:10
Mayın 17-də Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamızın baş məşqçisi Bəxtiyar Hacıyev çempionatda 8 idmançıya şans verəcək. Bunlar Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Kamran Əsgərov (74 kq), Ceyhun Hüseynov (82 kq), Nizami Məmmədov (100 kq) və Vasif Səfərbəyovdu (+100 kq).
Yığmamızı döyüş sambosunda isə Ramil Vəliyevlə (74 kq) Nəbi Məmmədov (100 kq) təmsil edəcəklər.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0