“Hamımız çalışırıq, məşq edirik. Bütün qüvvəmizlə hazırlıq keçirik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin taekvondoçusu Radik İsayev deyib.
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında +87 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq Olimpiya çempionumuz yarışla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, məqsədləri yaxşı nəticə göstərməkdi: “Kiməsə yox, Allaha ümid edirik. Gördüyünüz kimi, Bakıda havalar isti keçir. Təxminən 30 dərəcə isti var. Belə istidə əziyyət çəkib, tər tökərək zalda məşqlərimizi davam etdiririk. Çalışacağıq ki, bunun bəhrəsini görək”.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO