“Hazırlıqlar yüksək səviyyədə gedir. Gündə 2 dəfə məşq edirik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisini taekvondoçusu Səid Quliyev deyib.
Bakıda keçiriləcək İslamiadada 74 kq çəki dərəcəsində gücünü yoxlayacaq 20 yaşlı idmançı hədəflərini açıqlayıb. Nankində Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionunun sözlərinə görə, hədəfi yerli azarkeşlər önündə Azərbaycan himnini səsləndirməkdi: “Yığmamızın hər bir üzvü kimi mən də yalnız qızıl medal üçün hazırlaşıram. Hər şey qismətdən asılıdı. Artıq rəqiblərimi analiz etmişəm. Əvvəllər qarşılaşıb qalib gəldiyim də olub, məğlub olduğum da. Özbəkistanlı rəqibimi xüsusi fərqləndirərdim. Reytinqdə də çəki dərəcəmizdə birincidi. Misirli taekvondoçu da güclüdü”.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO