Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığmasının 2 üzvü - Olqa İsmayılova və Nicat Niftəliyev də mübarizə aparır.
İlk yarış günü ölkəmiz üçün uğurlu alınıb. Belə ki, 500 metr məsafəyə sprint növündə mübarizə aparan Olqa İsmayılova bütün rəqiblərindən üstün olmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, final yürüşündə rusiyalı Yelena Brejnevanı qabaqlayıb və sürətini 51.45 km/saata çatdırmaqla finişi 34.985 saniyəyə keçib.
Turnirə sabah yekun vurulacaq.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO