Dağıstan Respublikasının Xasavyurd şəhərində parataekvando üzrə Rusiya - Azərbaycan beynəlxalq yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, yarışa 13 idmançı ilə qatılan yığmamızın hər bir üzvü medal qazanıb.
Belə ki, təmsilçilərimiz aktivinə 7 qızıl, 2 gümüş və 4 bürünc medal yazdırıblar. Həmyerlilərimizdən Səlvan Məmmədov (K44, 75 kq), Elimxan Manafov (K42), Şəhmir İbadov (K41), Sadiq Həmidov (K43, hər üçü 61 kq), Nicat Müslümov (K42, 75 kq), Aleksandr Polişuk (K42, +75 kq) və Aynur Məmmədova (K44, +58 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İmaməddin Xəlilovla (K44, 61 kq) Əbülfəz Abuzərlinin (K44, 75 kq) gümüş medal qazandığı görüşdə Vüqar Adışırınov (K44, +75 kq), Hüseyn Həsənov (K44, 75 kq), Rövşən Qəhrəmanlı (K44) və Fərid Əsədov (K42, hər ikisi 61 kq) 3-cü yeri tutublar.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO