Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışına başlayıb. Apasport.az xəbər verir ki, ikinci hazırlıq mərhələsində Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Aydan Höcətova, Nərmin Xələfova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva iştirak edir.
Qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşır. İkinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq.
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
- Azərbaycan təmsilçisi Almatıda 6-cı olub
- Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal