Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, bu gün turnirdə IV turun görüşləri keçirilib.
Əvvəlki üç turunda bütün görüşləri heç-heçə bitən turnirdə bu turda ilk qələbə qazanan Topalov liderliyə yüksəlib. Bolqarıstanlı həmyerlimiz Şəhriyar Məmmədyarovdan güclü olub.
Azərbaycan şahmatçılarından ən çətin sınağa Teymur Rəcəbov çıxıb. O, dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib.
Ağ fiqurlarla oynayan Rauf Məmmədov isə Radoslav Voytaşeklə xalları yarı bölüb.
“Shamkir Chess 2018”
IV tur
22 aprel
Teymur Rəcəbov (Azərbaycan, 2748) - Maqnus Karlsen (Norveç, 2843) - 0.5:0.5
Rauf Məmmədov (Azərbaycan, 2704) – Radoslav Voytaşek (Polşa, 2744) - 0.5:0.5
Sergey Karyakin (Rusiya, 2778) - David Navara (Çexiya, 2745) - 0.5:0.5
Veselin Topalov (Bolqarıstan, 2749) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - 1:0
Aniş Giri (Hollandiya, 2777) – Dinq Liren (Çin, 2778) - 0.5:0.5
Turnir cədvəli: Topalov – 2.5 xal, Karlsen, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov – hamısı 2 xal, Məmmədyarov – 1.5 xal
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB