Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, açıqlanan siyahıda Azərbaycan millisinin aparıcı üzvlərindən dördü irəliləsə də, altısı isə geriləyib.
Komandamızın heyətində “Böyük Dəbilqə”də gümüş medal qazanan Tərlan Kərimov (66 kq) birdən-birə 52 rəqibini arxada qoyaraq, 35-ci yerə yüksəlib. Həmin turnirin qalibi olan Orxan Səfərov, bürünc mükafatçıları İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) da irəliləyənlər sırasındadı. Orxan 5-ci (+2), digərləri 11-ci (+1; +4) pilləyə qalxıblar.
Dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini qoruyub. O, yenə 4-cü yerdədi.
Son yarışlarda lazımı nəticəni göstərə bilməyən Nicat Şıxəlizadə (66 kq), Məhəmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) isə geriləyiblər. Onlar müvafiq olaraq, 11-ci (-1), 49-cu (-1), 63-cü (-1), 27-ci (-2), 6-cı (-1) və 24-cü (-1) yerə eniblər.
Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub