Kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan millilərinin heyəti açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçilər fevralın 20-dən təlim-məşq toplanışına qatılacaq idmançıların adlarını müəyyənləşdirib.
Belə ki, Reza Mehmandost Qaşım Maqomedov, Mikayıl Əliyev (hər ikisi 54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov, Məmmədalı Quliyev (hər ikisi 63 kq), Əliəskər Əliyev, Ayxan Tağızadə, Sina Bahrami (hər üçü 68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq) və Radik İsayevi (+87 kq) sınaqdan keçirəcək.
Qadınlardan ibarət yığmamıza yeni təyin edilən Elnur Amanov isə düşərgəyə Paniz Esmaeilpour (49 kq), Patimat Abakarova, Gülhanım Yeşildal (hər ikisi 53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizovanı (67 kq) dəvət edib.
- III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb