Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının təşkilatçıları fərqli addım atmağa qərar veriblər. Apasport.az saytının məlumatına görə, Olimpiya məşəli görməyə adət etdiyimiz kimi stadionda deyil, arenadan kənarda saxlanılacaq.
Belə ki, Yunanıstanda Olimp dağından alovlanaraq Braziliyaya gətiriləcək simvol avqustun 5-də baş tutacaq açılış mərasimindən sonra “Marakana” stadionunu tərk edəcək. Bu ölkənin ən möhtəşəm idman qurğusu olan arenada alovlandırılacaq məşəl ardınca Rio-de-Janeyronun mərkəzinə aparılacaq və Oyunların sonuna qədər orada qalacaq.
Qeyd edək ki, Rio-2016-nın bağlanış mərasimi avqustun 21-də olacaq.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub