Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub.
Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparıb.
XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək