Rusiyanın idman naziri Vitali Mutko gələn ay keçiriləcək Olimpiadaya rəsmi şəxs kimi qatıla bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb Mutkoya Rio-2016-nın akkreditasiyasının verilməməsidi.
Məlumat Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən də təsdiqlənib. Belə ki, dünən BOK-un İcraiyyə Komitəsinin iclası keçirilib və toplantıda bir neçə qərar alınıb. Rusiya yığmasının dopinq qalmaqalı ilə üzləşməsi səbəbi ilə Mutkoya akkreditasiyanın verilməməsi lazım bilinib.
Qeyd edək ki, idman naziri Mutko bir müddət öncə açıqlamasında özünün deyil, Rusiya yığmasının Olimpiadaya qatılmasının daha vacib olduğunu bildirmişdi.
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
- Azərbaycan təmsilçisi Almatıda 6-cı olub
- Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal