Aprelin 6-da Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı start götürəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Yığmamızın şərəfini Sofiyada Elnur Amanovun rəhbərliyi altında Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq), Paniz Esmaeilpour (46 kq), Gülhanım Yeşildal (53 kq) və Daria Şkurko (67 kq) qoruyacaq.
Yarışda Elşad Məmmədov isə hakim kimi çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə sabah səfərə yollanacaq idmançılarımız aprelin 10-da Vətənə dönəcəklər.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO