Mərakeşin paytaxtı Rabatda taekvondo üzrə Qran-Pri turniri keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sentyabrın 22-24-də baş tutacaq II mərhələdə Azərbaycan millisi də iştirak edəcək.
G4 kateqoriyalı yarışda ölkəmiz 8 taekvondoçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Milad Beiqi Harçeqani (hər ikisi 80 kq), Ramin Əzizov, Radik İsayev (+80 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcəklər.
Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü pillənin sahibi 14,4 reytinq xalı əlavə edəcək. Qran-Pri turnirin növbəti mərhələsi Böyük Britaniyanın paytaxtı Londonda, final mərhələsi isə Fil Dişi Sahilinin paytaxtı Əbidcanda olacaq.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə