Bu gün İsveçrədə taekvondo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançısı qüvvəsini sınasa da, onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.
Belə ki, həmyerlilərimizdən Məhəmmədəli Quliyev (58 kq) ilk görüşdə ermənistanlı Haykaz Samvelyanla qarşılaşıb. Taekvondoçumuz rəqibini döyüşə çıxmağa peşman edib. Lakin Quliyev növbəti mərhələdə Salaheddin Bensalehlə (Belçika) dueldən məğlub ayrılıb.
54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məcid Sofiyev də ikinci mərhələdə mübarizəni dayandırıb. O, Hassan Heidara (Böyük Britaniya) qalib gəlsə də, Stanislav Denisova (Rusiya) uduzub.
Quliyevlə Sofiyevdən fərqli, İlayda Kardelen Çiftçi (46 kq) və İlham Əliyev (54 kq) birinci qarşılaşmasında məğlub olub. Onlar müvafiq olaraq, İrina Romoldanova (Ukrayna) və Mixail Artamanova (Rusiya) uduzublar.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatına 17 taekvondoçu ilə yollanıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"