[b]Taekvondoçumuz Rusiyada çempion oldu[/b]
03.05.2017 - 10:38
Azərbaycanlı taekvondoçu Elvin Ələsgərov Rusiyanın Tver şəhərində keçirilən çempionatda mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 49 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün yarışıb.
650 idmançının qatıldığı turnirdə 38 nəfər 49 kq-da mübarizə aparıb. Bütün rəqiblərinə qalib gələn Ələsgərov finalda da qarşısıalınmaz olub və şəhər çempionu adına layiq görülüb.
Qeyd edək ki, 14 yaşlı Elvin Ələsgərov Rusiyada anadan olub.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
0
0