Beynəlxalq Şahmat Federasiyası (FİDE) həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Apasport.az saytının məlumatına görə, mart ayı üçün sürətli şahmatçıların “100-lüy”ündə 5 təmsilçimiz yer alıb.
Siyahıda Şəhriyar Məmmədyarov (2825) 3-cü, Teymur Rəcəbov 23-cü (2742), Qədir Hüseynov (2714) 37-ci, Rauf Məmmədov (2712) 40-cı, Eltac Səfərli isə (2686) 64-cüdür. Cədvələ 2896 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Blits növündə isə reytinq siyahısında 5 təmsilçimiz yer alıb. Azərbaycanlı qrossmeysterlər arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarovdadı. O, 2772 xalla 17-cidir. Rauf Məmmədov isə 2765 xalla 21-ci pillədədir. 2755 reytinq xalına malik Teymur Rəcəbov 26-cı sırada olduğu halda, Hüseynov Qədir (2694) 49, Eltac Səfərli isə (2673) 65-ci pillədə qərarlaşıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək