Türkiyə Voleybol Federasiyası (TVF) Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, TVF kişi komandalarının yarışına əsas yığmanı buraxmayacaq.
Belə ki, 2017-ci illə bağlı planını açıqlayan TVF A millisinin proqramının sıxlığı və digər yarışlarla bu oyunların tarixlərinin üst-üstə düşməsi səbəbindən onları Bakıya göndərməyəcək. Əvəzində federasiya İslamiadaya U-23 yığması ilə qatılmağı planlaşdırır.
TVF qadın komandası ilə bağlı yekun qərarı isə bugünlərdə açıqlayacaq.
Qeyd edək ki, İslamiada mayın 12-21-də keçiriləcək.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib