Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də ölkəmizdə bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidi. Apasport.az saytının məlumatına görə, ACF-nin dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, kiçik yaşlı yeniyetmələrə kimanolar verilib, mütəxəssislər və məşqçilər işlə təmin olunublar.
Artıq ölkəmizin bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.
ACF-nın rəsmiləri bu dəfə Bakıda Bakıxanov qəsəbəsində yerləşən Kaspi Liseyində olublar. Şagirdlərlə görüşdə çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Kaspi Liseyinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib.
Məktəblilərə kimanolar təqdim olunub, onlara uğurlar arzulanıb.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub