Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan millilərinin baş məşqçiləri ilə müqavilə uzadılacaq. Bunu apasport.az saytına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib.
O bildirib ki, kişilərdən ibarət millimizin baş məşqçi Reza Mehmandost və qadınlardan ibarət yığmamızın çalışdırıcısı Sun Mi Park taekvondoçularımızın inkişafında xüsusi pay sahibi olduqları üçün növbəti 4 il üçün müqavilə bağlanacaq.
Onun sözlərinə görə, anlaşmanın müddətinin artırılmasında yığmalarımızın Rio Olimpiadasında 1 qızıl və 2 bürünc medal qazanması da rol oynayıb: “Biz hər 2 mütəxəssislə Rio Olimpiadasının sonuna kimi müqavilə bağlamışdıq. Təbii ki, onların anlaşması ən azı Tokio-2020-nin sonuna kimi uzadılacaq”.
Qeyd edək ki, hər 2 mütəxəssis 2014-cü ilin oktyabrında yığmalarımızın “sükanı” arxasına keçib. Onların gəlişindən sonra taekvondoçularımız Avropa Oyunlarında, həmçinin dünya və qitə çempionatlarında uğurları sıralayıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək