Çexiyada yeniyetmələr arasında cüdo üzrə keçirilən Avropa kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.
Ölkəmizi +90 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb. Onun komanda yoldaşı Cəfər Əkbərli (90 kq) isə “bürünc”lə kifayətlənib.
Bununla da, ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan millimiz komanda hesabında Avropanın ən güclüsü adına yiyələnib.
Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO