“Hazırda bu məsələni müzakirə edirik. Atletlərimizin medalların əlindən alınması hələ onların müəyyən müddətə diskvalifikasiya olunacağı demək deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında ağır atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi Zlatan Vanev deyib.
Avropa çempionatında qazanılan 5 medaldan məhrum edilən yığmamızın bolqarıstanlı çalışdırıcısı dopinq qalmaqalına aydınlıq gətirməkdən imtina edib.
Vanev bunu hazırda federasiyada iclasda olmaları və tədbirin nə vaxt başa çatacağından xəbərsiz olması ilə izah edib: “Hələlik onların nəticələrinin ləğv olunduğu bilinir. Dopinqlə bağlı isə heç bir sənəd gəlməyib. Məsələyə nə vaxt tam aydınlıq gələcəyini bilmirəm. Hələ dəqiq heç nə yoxdur”.
Qeyd edək ki, Avropa çempionatında Valentin Xristov (62 kq) və İntiqam Zairov (94 kq) qızıl, Sərdar Həsənovla (69 kq) Silviya Anqelova (48 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) bürünc medal qazanmışdı. Lakin Beynəlxalq Atır Atletika Federasiyasının saytında onların hamısı medaldan məhrum edildikləri və diskvalifikasiya olunacaqları əks olunub. Bunun səbəbinin dopinq analizlərinin müsbət nəticə verməsi olması da istinsna edilmir.
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri